Satış təmsilçisi

Elanın adı: Satış təmsilçisi
Kateqoriya: Satış
Alt kateqoriya: Satış üzrə mütəxəssis
Şirkət: Badamlı Mineral Suları Satış Mərkəzi
Email: [email protected]
Telefon nömrəsi: +994 012 565 55 52
+994 055 505 99 83
Şəhər: Bakı
İş təcrübəsi: -
Təhsil: -
Yaş: 25-45
Elanın yerləşdirilmə tarixi: 2022-01-04
Elanın bitmə tarixi: 2022-02-03

İş barədə məlumat:

“Badamlı” Mineral Sular Satış Mərkəzi "Satış təmsilçisi" vakansiyasını açıq elan edir.
Bu 1947-ci ildən Azərbaycan mineral sular istehsalında və satışında ilk və lider olan “Badamlı” şirkətinin gənc və dinamik komandasının üzvü olmaq istəyənlər üçün faydalı fürsətdir.
Özünə və peşəkar qabiliyyətlərinə güvənən, satışların təşkili sahəsində təcrübəsi olan bütün namizədləri aktiv şəkildə böyüyən və inkişaf edən Satış komandamıza qoşulmağa dəvət edirik! Şirkətimizin siması və Satış təmsilçisi olaraq Siz Badamlı şirkətinin mövcud və potensial müştərilərinə məhsullarımızın bütün çeşidlərinin satışının həyata keçirilməsi işini təşkil edəcəksiniz.

Komandaya qoşulmaqla Siz nə əldə edəcəksiniz:
- Ölkənin ilk su markası sayılan Badamlı şirkətinin gənc və dinamik komandasında iş təcrübəsi
- Adekvat əmək haqqı və satış hədəflərinə uyğun bonus sistemi
- Təlim və inkişaf məsələlərində Şirkətin dəstəyi
- Davamlı karyera inkişafı
- Korporativ telefon
- Qanunvericiliyə uyğun sənədləşdirmə və bazar günləri istirahət imkanları

Görəcəyiniz işlər:
- Müəyyən olunmuş ərazidə yerləşən müştərilərə məhsulun çeşidləri üzrə təqdimatını/tanıtımını etmək
- Məhsulların çeşidləri üzrə maksimum satışını həyata keçirmək
- Satılmış məhsullara görə ödənişlərin yığılmasını həyata keçirmək
- Satış nöqtələrinin müvafiq ardıcıllığa uyğun olaraq mütəmadi ziyarətini həyata keçirmək
- Şirkətə yeni müştərilərin cəlb edilməsi istiqamətində işlər görmək

Namizədə tələblər:

Bizim üçün ideal namizəd:
- Orta ixtisas təhsili, ali təhsili olanlara üstünlük verilir
- Satış sahəsində ən az 2 il iş təcrübəsi olan
- 25-45 yaş aralığındakı namizədlərə üstünlük verilir
- Danışıqlar aparmaq və yüksək ünsiyyət keyfiyyətlərinə malik olmaq
- Satış terminalları ilə işləmək
- Şəxsi avtomobil (yanacaq və amortizasiya xərcləri Şirkət tərəfindən ödənilir)
- Bakı (müvafiq regionu) şəhərini yaxşı tanımaq
- Kompüter və MS Office proqram bilikləri

Əgər bizim axtardığımız ideal namizəd Sizsinizsə CV-nizi [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur (məktubun mövzusu: "Satış təmsilçisi")


Oxşar vakansiyalar

Satış təmsilçisi

Bakı

AzəriMed QSC

450-600 AZN

Ətraflı

Parfümeriya üzrə Satış Təmsilçisi

Bakı

AzəriMed QSC

300 AZN

Ətraflı

Satış təmsilçisi

Bakı

“Başak” MMC

400 AZN

Ətraflı

Parfümeriya üzrə satış təmsilçisi

Bakı

AzəriMed QSC

300 AZN

Ətraflı

Satış təmsilçisi

Bakı

Purple MMC

Razılaşma ilə

Ətraflı

Satış təmsilçisi

Bakı

NOVCO MMC

450-500 AZN

Ətraflı

Pərakəndə satış təmsilçisi

Bakı

Kerama Trade

500-750 AZN

Ətraflı

Regional satış təmsilçisi

Bütün şəhərlər

Kerama Trade

550-750 AZN

Ətraflı