Korporativ Satış meneceri

Elanın adı: Korporativ Satış meneceri
Kateqoriya: Satış
Alt kateqoriya: Satış menecmenti
Şirkət: Zeta Group
Email: [email protected]
Telefon nömrəsi: +994 012 404 13 38
Şəhər: Bakı
İş təcrübəsi: 3 ildən 5 ilə qədər
Təhsil: Ali
Yaş: 25-35
Elanın yerləşdirilmə tarixi: 2021-11-30
Elanın bitmə tarixi: 2021-12-30

İş barədə məlumat:

Zeta Group “Korporativ Satış meneceri” üzrə vakansiya elan edir
Əsas vəzifə öhdəlikləri:
- Potensial korporativ müştərilərin cəlb edilməsi və onlarla işgüzar əlaqələrin qurulması
- Bazarın, rəqiblərin araşdırılması, analizlərin aparılması və tələbatın müəyyənləşdirilməsi
- Məhsullar, keçirilən aksiya və kampaniyalar haqqında müştərilərin məlumatlandırılması
- Yeni və mövcud layihələr üzrə satış strategiyasının hazırlanması, planların və layihələrin işlənilməsi və həyata keçirilməsi
- Yeni və mövcud müştərilər üzrə məlumat bazasının formalaşdırılması
- İşlədiyi şöbənin fəaliyyəti ilə bağlı bilavasitə öz rəhbərinin xidməti tapşırıqlarının yerinə yetirilməsi

İş şərtləri:
- İş vaxtı 09:00 - 18:00
- İş günü 5/2 (Şənbə və Bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
- Şirkət tərəfindən korporativ nömrə və danışıq vaxtı verilir
- Əmək haqqı 1000AZN

Namizədə tələblər:

- Yaş: 25-35
- Cinsi: kişi
- Təhsil: Ali (Satış və marketinq sahəsində)
- İş təcrübəsi: Inşaat sektorunda +3 il
- Dil bilikləri: Azərbaycan (əla), Rus (əla)
- Kompyuter bilikləri: MS Office yaxşı səviyyədə bilməsi

Şəxsi keyfiyyətlər:
- Ünsiyyət qurmaq bacarığı
- Nitq mədəniyyəti
- Yüksək təqdimat bacarığı
- Müştəri yönümlü satış etmə bacarığı

Maraqlanan şəxslər öz CV formalarını [email protected] ünvanına göndərə bilər (məktubun mövzu bölməsində, vakansiyanın adını qeyd edin)
Qeyd: Yuxarıda qeyd olunanları nəzərə alaraq, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.


Oxşar vakansiyalar

Satış meneceri

Bakı

Bayramli Group

400 AZN

Ətraflı

Satış meneceri

Bakı

BREND Əmlak Agency

Razılaşma ilə

Ətraflı