Kredit üzrə mütəxəssis

Elanın adı: Kredit üzrə mütəxəssis
Kateqoriya: Maliyyə
Alt kateqoriya: Kredit mütəxəssisi
Şirkət: ParaBokt
Email: [email protected]
Telefon nömrəsi: -
Şəhər: -
İş təcrübəsi: 1 ildən 3 ilə qədər
Təhsil: Ali
Yaş: -
Elanın yerləşdirilmə tarixi: 2021-12-03
Elanın bitmə tarixi: 2021-12-30

İş barədə məlumat:

Bazarın liderlərindən biri olan “ParaBokt” Bakı, Bərdə, Tovuz, Gəncə, Goranboy, Ağdaş, Göyçay, Sabirabad, Şəki, İsmayıllı filialları üzrə Kredit mütəxəssisi vəzifəsinə işçi qəbulu elan edir. Karyeranı satış təmsilçisi sahəsində görür və bu istiqamətdə bilik və bacarıqlarını inkişaf etdirmək istəyirsənsə, səni peşəkar komandamıza qoşulmağa dəvət edirik

Əsas vəzifələr:
- Aktiv satış təbliğatının aparılması və potensial müştərilərin axtarışı;
- Kredit portfelinin keyfiyyətinə nəzarət və müştərilərlə mütəmadi əlaqə saxlamaq;
- Müştəri müraciətlərini qəbul etmək, təhlil etmək, kredit komitəsinə çıxarmaq və rəsmiləşdirmək;
- Yeni kredit məhsulları və satış metodları təklifləri ilə bağlı təşəbbüskarlıq göstərmək;
- Müştərilərin uzun müddətli əməkdaşlığını təmin etmək məqsədi ilə operativ xidmət göstərmək, daxil olmuş tələb və şikayətləri yerində araşdırmaq;
- Daxil olan kredit analiz müraciətlərinin vaxtında icra olunmasını və Kreditləşdirmə üçün lazımi sənədlərin tərtibatını təmin etmək.

İş qrafiki:
- Bazar ertəsi – Cümə: 09:00 – 18:00

Namizədə tələblər:

- Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
- Ali təhsil/ natamam ali təhsil;
- Fərdi və komanda tərkibində işləmə qabiliyyəti;
- Cins: kişi (arzuolunandır)
- Bank və ya bank olmayan kredit təşkilatında (kredit mütəxəssisi) və lombardlarda işləyən namizədlərə üstünlük verilir
- Yüksək ünsiyyətqurma və müştərilərlə işləmək qabiliyyəti;
- Microsoft Office proqramlarında (Word, Excel) işləmək bacarığı;
- Lombard krediti üzrə təcrübəsi olan namizədlərə üstünlük veriləcək

Göstərilən tələblərə cavab verən şəxslərin CV-lərini "Kredit üzrə mütəxəssis" başlığı ilə [email protected] elektron ünvanına göndərməkləri xahiş olunur.
Qeyd edək ki yalnız tələblərə uyğun olan namizədlərlə əlaqə saxlanılacaq. Bundan əlavə, göndərilən bütün CV-lər məxfi məlumat bazasına daxil edilir.


Oxşar vakansiyalar

Kredit üzrə mütəxəssis

-

ParaBokt

Razılaşma ilə

Ətraflı