İctimai-humanitar sahələr üzrə təcrübə proqramı

Elanın adı: İctimai-humanitar sahələr üzrə təcrübə proqramı
Kateqoriya: İnzibati
Alt kateqoriya: Digər
Şirkət: Azerbaijan School of Diplomacy
Email: [email protected]
Telefon nömrəsi: +994 050 800 11 13
Şəhər: Bakı
İş təcrübəsi: -
Təhsil: Ali
Yaş: 18-30
Elanın yerləşdirilmə tarixi: 2021-12-06
Elanın bitmə tarixi: 2021-12-30

İş barədə məlumat:

“Azerbaijan School of Diplomacy” idarəçilik üzrə əmək haqqılı təcrübə proqramı elan edir.
İqtisadiyyat, Politologiya, Beynəlxalq Münasibətlər, Regionşünaslıq, Menecment, Sosial İş və əlaqəli sahələrdə geniş təcrübə qazanmaq istəyən tələbələrin və yeni məzunların nəzərinə! ADM 3 aylıq təcrübə proqramı elan edir!

Ümumi məlumat:
Gənclər təhsil sahəsində keçirdiyi layihələrlə geniş auditoriyanı əhatə edən Azərbaycan Diplomatiya Mərkəzinin beynəlxalq münasibətlər, xaricdə təhsil, layihələrin idarə olunması, vətəndaş problemlərinin həlli və bu kimi digər şöbələrində adı çəkilən sahələr üzrə peşəkar karyera qurmaq üçün ilk addımlarını atacaqlar.
Belə ki, bu proqram əsasında siz aylıq əmək haqqı almaqla yanaşı həftədə bir dəfə yerli və xarici professor heyətinin treninqlərinə qoşularaq idarəetmənin əsas prinsiplərini, o cümlədən incəlikləri ilə yaxından tanış olacaqsınız. Təcrübə proqramı 3 ay davam edəcək.
Həftənin 5 günü iş prosesi (xidmət haqqı ilə);
Həftə sonları treninqlər;
Ən sonda dünyanın 80-dən çox ölkəsində tanınan beynəlxalq sertifikat ilə təmin olunacaqsınız.
Xüsusi bacarıqlarını sərgiləyən əməkdaşlar Türkiyədə 2 həftəlik təcrübə proqramına göndəriləcəklər.

Təcrübə proqrami sizə nə qazandiracaq:
- Sonda referans məktubu (yalnız nümunəvi əməkdaşlara) ;
- 2 aylıq təmənnasız ingilis dili paketi;
- Sonda beynəlxalq sertifikat;
- Təcrübə proqramında yüksək qiymətləndirilən şəxslər Türkiyənin tanınmış universitet və ya araşdırma mərkəzlərindən birində 14 günlük iş təcrübəsi əldə etmə şansı qazanacaq.

Təcrübəçilərə 3 aylıq müddət üçün ayrılan xidmət haqqı ümumilikdə 800-1000 AZN təşkil edir.
Son müraciət tarixi: 30 Dekabr
Ünvan : Bakı şəh., Səbail ray., Nizami küçəsi 64

Namizədə tələblər:

- İqtisadiyyat, Menecment, Beynəlxalq Münasibətlər, Regionşünaslıq, Sosial İş və əlaqəli ixtisaslarda təhsil alan II, III, IV kurs və ya magistr tələbələri və ya yeni məzun;
- 18-30 yaş aralığı;
- Səlis Azərbaycan dili;
- Xarici dil bilikləri: Rus və ya İngilis dili (arzuolunandır);
- Öyrənməyə həvəsli, detallara diqqətli, punktual və məsuliyyətli, gülərüz və çevik;
- Həvəsli, bacarıqlı və tələbkar;
- Komandada işləmək bacarığı;
- MS Office baza bilikləri;
- 3 aylıq könüllülük və ya iş fəaliyyəti


Oxşar vakansiyalar

Satış təmsilçisi təcrübə proqramı

-

ParaBokt