Onlayn satış operatoru

Elanın adı: Onlayn satış operatoru
Kateqoriya: Satış
Alt kateqoriya: Digər
Şirkət: VMF
Email: [email protected]
Telefon nömrəsi: -
Şəhər: Bakı
İş təcrübəsi: 1 ildən 3 ilə qədər
Təhsil: -
Yaş: 20-35
Elanın yerləşdirilmə tarixi: 08/12/2021
Elanın bitmə tarixi: 07/01/2022

İş barədə məlumat:

VMF Şirkəti onlayn satış operatoru vəzifəsi üzrə vakansiya elan edir
Şirkət haqda məlumat :
VMF Şirkəti 1997-ci ildən Azərbaycan saat bazarının pioneri olaraq, dünya şöhrətli İsveçrə, Yaponiya saat markalarının ölkəmizdə tanınması və sevilməsində, keyfiyyətli və brend saat mədəniyyətinin yaradılmasının təməlində durur.Artıq 22 ildən çoxdur ki, VMF ən son dəb, texnoloji yeniliklərlə zənginləşdirilən brend saatlarını dünya bazarı ilə eyni anda öz alıcılarına təqdim edir.

İşin təsviri :
- Daxil olan zənglri cavablandırmaq;
- Müştərilərə zəng vasitəsi ilə məhsullar haqqında məlumat vermək və satış həyata keçirtmək;
- Müştərinin tələbatına uyğun olaraq ona düzgün seçim etmədə köməklik göstərmək;
- Rəhbərin tapşırıqlarını vaxtında və tələb olunan qaydada yerinə yetirmək;
- Gələn zənglərlə bağlı məlumarı VMF Online whatsapp satış qrupuna yönləndirmək;
- Məlumatda müştəri ilə əlaqə məlumatları və sorğunun qısa məlumatı əks etdirmək;
- Göndərilən sorğuların cavablandırılmasını nəzarətdə saxlamaq.

Namizədə tələblər:

- Yaş həddi : 20 – 35;
- Dil bilikləri : Azərbaycan və rus dili səlis ; ingilis dili orta səviyyədə olmalı;
- İş təcrübəsi: 1-2 ildən az olmayaraq;
- MS Office (Exel, Word) , 1C UT proqramlarını bilməli;
- Komandada işləmə bacarığı;
- Nizam – intizamlı, məsuliyyətli, stressə davamlı olmaq;

Namizədlər CV-lərini Satış operatoru başlığı ilə [email protected] elektron poçt ünvanına göndərə bilərlər.