Marketing koordinator

Elanın adı: Marketing koordinator
Kateqoriya: Marketinq
Alt kateqoriya: Marketinq menecment
Şirkət: “İstek Group” MMC
Email: [email protected]
Telefon nömrəsi: +994 050 228 16 07
Şəhər: Bakı
İş təcrübəsi: 3 ildən 5 ilə qədər
Təhsil: Ali
Yaş: -
Elanın yerləşdirilmə tarixi: 2021-12-09
Elanın bitmə tarixi: 2022-01-08

İş barədə məlumat:

Şirkət: “İstek Group” MMC
Vəzifə: Marketing koordinator

Vəzifə öhdəlikləri:
- Şirkətin bütün satış kanallarında ticarət marketinqi strategiyasının planlaşdırılması, işlənib hazırlanması və həyata keçirilməsi;
- Şirkətin özünün və brendlərinin sosial mediada hesablarının idarə edilməsi və kampaniyaların keçirilməsi və Şirkətin balanslaşdırılmış çeşid portfelinin formalaşdırılması;
- Təqdimatların hazırlanması (Şirkət, onun məhsulları və s.);
- Şirkət tərəfindən həyata keçirilən məhsul və xidmətlərin təşviqi üçün reklam kampaniyalarının və proqramların idarə edilməsi;
- Şirkətin ticarət nişanlarının atributlarının, brendinq standartlarının hazırlanması;
- Mediaplana əsasən reklamların internetdə yerləşdirilməsi, onların analizi;
- Müştərilər üçün təqdimatların, internetdə reklam yerləşdirmək üçün yeni alətlərin təklif olunması
- İllik marketinq planını hazırlayır və ona uyğun işlərini qurur;
- Şirkətin bazarda təqdim etdiyi bütün növ cari və yeni maliyyə məhsul və xidmətlərinin reklamını təşkil edir;
- Şirkət saytının idarə edilməsi, Xarici satış kanallarını (İnternet, SMS, Mobil, web portallar və s.) müəyyən edərək, habelə strategiya və inkişaf planı layihələrini hazırlayaraq icra edir, onlara nəzarət və təhlilini aparır.
- Email marketinq sahəsində mütəmadi olaraq mail konseptlərinin hazırlayır və təqdimatını aparır, Müştəri bazasını genişləndirir;
- Digital Marketinq üzrə kampaniyaları təşkil və idarə edir;
- Şirkətin mövcud marketinq kampaniyalarını daim nəzarətdə saxlayır və gedişi ilə əlaqədar departamentin rəhbərinə hesabat yazaraq təqdim edir;
- İnternetdə bazara çıxarılan məhsulun irəli getməsini təhlil edir;
- Müştərilərdən gələn sorğuları cavablandırır;
- Mütəmadi olaraq reklam materiallarının yerləşdirilməsi üçün tematik sahələrin seçimini aparır;
- Satış məqsədləri üçün PR və reklam mətni hazırlayır, İstifadə olunan saytların effektivliyini təhlil edir;
- Şirkətin strategiyası çərçivəsində, bazar şərtləri və müştəri ehtiyacları yönündə yeni məhsul və xidmət modellərinin inkişaf etdirilməsini təmin edir;

İş şərtləri:
- Həftə içi 5 gün : 09:00 - 18:00-dək (nahar vaxtı saat 13:00-14:00
- İstirahət şənbə-bazar günləri, nahar-şirkət tərəfindən verilir.
- Əmək haqqı 600-700 AZN
- İş yeri: Yasamal rayonu, Mikayıl Müşfiq küç 2, (Bakı Media Mərkəzi ilə üzbə-üz)

Namizədə tələblər:

- İqtisadiyyat, marketinq və ya biznes idarəçiliyi üzrə ali təhsil;
- Müvafiq sahədə ən azı 3-5 illik iş təcrübəsinə
- Marketinqin əsas prinsiplərini yaxşı bilmək;
- SMM, PR və Reklam sahələrində geniş təcrübəyə malik olmaq
- Azərbaycan mükəmməl bilmək, Rus və ingilis dilini yaxşı səviyyədə bilənlərə üstünlük verilir;
- MS Office (Word, Excel) yüksək səviyyədə bilmək, digər dizayn proqramlarında işləmə bacarığı namizəd üçün üstünlükdür;
- Yüksək analitik qabiliyyətə, ünsiyyət və təqdim etmə bacarıqlarına malik olmaq;
- Məqsədyönlü, məsuliyyətli, operativ və yeni ideyalara malik olmaq.
- Rəhbərliyə lazımi məlumatları hazırlayıb təhvil verməli
- Məxfiliyin tam qorunması

Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda CV- nizi [email protected] elektron ünvanına göndərin.
Xahiş olunur CV-nizi göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını “marketing koordonator” qeyd edəsiniz.