Müştəri xidmətləri qrupunun məlumat mərkəzi təmsilçisi

Elanın adı: Müştəri xidmətləri qrupunun məlumat mərkəzi təmsilçisi
Kateqoriya: Marketinq
Alt kateqoriya: İctimaiyyətlə əlaqələr
Şirkət: A2Z Advisors
Email: [email protected]
Telefon nömrəsi: +994 012 525 99 55
Şəhər: Bakı
İş təcrübəsi: -
Təhsil: -
Yaş: -
Elanın yerləşdirilmə tarixi: 2021-12-10
Elanın bitmə tarixi: 2022-01-09

İş barədə məlumat:

“A2Z Advisors” QSC İnformasiya Texnologiyaları infrastukturun yaradılması, layihələndirilməsi, avadanlığın tam təchiz olunmasından quraşdırılmasına və sonrakı istifadəsinə qədər müxtəlif növ məlumatların işlənməsi mərkəzi və proseslərinin idarəetmə sistemlərinin qurulmasıni həyata keçirir.
Hazırda İnformasiya və kommunikasiya texnologiyaları sahəsində fəaliyyət göstərən “A2Z Advisors” QSC namizədləri mövcud olan “Müştəri xidmətləri qrupunun məlumat mərkəzi təmsilçisi” vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər:
- Məlumat mərkəzinə daxil olan zənglərin cavablandırılması və müraciətlərin müvafiq struktur bölmələrə yönləndirilməsi;
- Sorğuların müvafiq bölmələr tərəfindən icra olunmasının izlənilməsi;
- Müştəri məmnuniyyətinin təmin edilməsi;
- Xidmətlər haqqında məlumatların ətraflı izah olunması;
- Müraciətlərin qeydiyyatının aparılması.

Biz nə təklif edirik:
- Rəqabət qabiliyyətli əməkhaqqı
- Karyera perspektivi və özünü inkişaf imkanları
- Mehriban və ruhlandırıcı iş mühiti və kollektiv

Namizədə tələblər:

- Effektiv ünsiyyət;
- Azərbaycan və Rus dili üzrə səlis nitq;
- Çeviklik və problem həlletmə bacarığı;
- Komanda şəklində işləmə bacarığı;
- Nəticəyönümlülük;
- Özünü inkişafa meyillilik.

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV formasını [email protected] ünvanına göndərin.