Gömrük bəyannamələri üzrə mütəxəssis

Elanın adı: Gömrük bəyannamələri üzrə mütəxəssis
Kateqoriya: Müxtəlif
Alt kateqoriya: Digər
Şirkət: “CASPİAN AS” MMC
Email: [email protected]
Telefon nömrəsi: +994 077 233 66 58
Şəhər: Bakı
İş təcrübəsi: -
Təhsil: Ali
Yaş: -
Elanın yerləşdirilmə tarixi: 2021-12-16
Elanın bitmə tarixi: 2022-01-15

İş barədə məlumat:

“CASPİAN AS” MMC şirkəti “Gömrük bəyannamələri üzrə mütəxəssis” vakansiyası elan edir.

İş barədə məlumat:
- Gömrük bəyannamələrinin tərtib olunması;
- Gömrükləmə üçün lazım olan sənədlərin yığılması və prosesi idarə etmək;
- Tranzit, idxal, ixrac yüklərin sənədlərinin gömrükləməyə qədər hazırlanması;
- Müştərilərə Şirkətin göstərdiyi Gömrük/logistika xidmətləri haqqında ümumi məlumatların təqdim edilməsi;
- AR Əmək Məcəlləsinə əsasən rəsmiləşdirmə;
- İş qrafiki: Həftə içi 5 gün, 09:30-dan 19:00-a kimi;
- Əmək haqqı: müsahibə əsasında
- İş yeri: Qara Qarayev metrosu yaxınlığı ( Əli Vəliyev 11)

Namizədə tələblər:

- Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsində attestasiyadan keçmiş
- Azərbaycan Respublikasının Gömrük qanunvericiliyindən məlumatlı olmaq, Incoterms haqqında qısa biliklərin olması
- Gömrük Bəyannamələrinin növləri/rejimləri haqqında biliklərin olması
- Tranzit, idxal, ixrac prosesi və yüklərin gömrüklənməsi barədə ümumi anlayış
- Təhsil: Ali təhsili və yaxud hər hansı texniki təhsili olması arzu olunandır (logistika üzrə təhsil alanlara üstünlük veriləcəkdir);
- Təcrübə: Logistika və ixrac əməliyyatları sahəsində təcrübə arzuolunandır;
- Ümumi fərdi keyfiyyətləri: İşdə məsuliyyətli, dəqiqlik, operativlik, kollektivdə işləmə bacarığı;
- Dürüst, səmimi, təşəbbüskarlıq qabiliyyəti və inkişafa meyllilik;
- Yarana biləcək problemləri həll etmə bacarığı və analitik təfəkkür;
- Cins: xanım/bəy
- Dil bilikləri: Azərbaycan dili (əla), Rus dili mütləq və İngilis dilini bilməsi üstünlükdür.
- Kompüter billikləri: MS Office (Word, Excel, Power Point, Outlook, adobe, photoshop) proqramını bilməli.

Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Gömrük işləri üzrə mütəxəssis” qeyd etməklə [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.