Satış mütəxəssisi

Elanın adı: Satış mütəxəssisi
Kateqoriya: Satış
Alt kateqoriya: Satış üzrə mütəxəssis
Şirkət: “Başak” MMC
Email: [email protected]
Telefon nömrəsi: +994 055 888 18 88
Şəhər: Bakı
İş təcrübəsi: -
Təhsil: Ali
Yaş: 23-30
Elanın yerləşdirilmə tarixi: 2021-12-17
Elanın bitmə tarixi: 2022-01-16

İş barədə məlumat:

Şirkət haqqında:
“Başak” MMC şirkəti 2004-cü ildə təsis edilib. Şirkət həm texnologiya, həm səmərə, möhkəmlik, həm də peşəkar mühəndis kadrlarının və işçi qüvvəsinin cəlb edilməsi baxımından ölkəmizdə müasir, tikinti müəssisəsi kimi insanlara xidmət edir. Şirkətimiz özəl və fərdi layihələrdə bir neçə istiqamətlərdə fəaliyyət göstərir: Kirəmit və metal dam örtüklərin satışı və quraşdırılması, istənilən növ inşaat materiallarının satışı və tikinti işlərinin görülməsi, yerli və avropa istehsalı olan plastik və aluminyum pəncərə qapı sistemlərinin quraşdırılması, müxtəlif çeşidli uniformaların hazırlanmasını və satışını həyata keçirir.

Vəzifə: Satış mütəxəssisi

Öhtəliklər:
- Aylıq satış hədəflərinə çatmaq,
- Müəyyən edilmiş ərazi üzrə müştəri ziyarətləri və sifarişlərin alınması,
- Dağıtım standartlarının satış nöqtələrindən icraatı.

İş şəraiti:
- İş vaxtı: Həftə içi 5 gün 09:00–dan 18:00 dək; şənbə yarı iş rejimi,
- Əməkhaqqı: 600 AZN + Bonus (KPİ),
- Nahar şirkət tərəfindən qarşılanır,
- Korporativ nömrə,
- Ünvan: Dərnəgül şossesi, Ziya Bünyadov pr 3105.

Namizədə tələblər:

- Ali təhsil,
- Pərakəndə satış üzrə 2-3 il təcrübə (qida sektorunda təcrübəsi olan namizədlərə üstünlük veriləcək ),
- Əsas tələb: şəxsi avtomobil (amortizasiya xərcləri qarşılanır),
- Standart kompüter bacarıqları (Word, Excel, Outlook, PPT),
- Danışıqlar aparma qabiliyyəti,
- Təqdimat hazırlama və təqdimat keçmək bacarığı,
- Fəaliyyət sahəsi üzrə özünü inkişaf və araşdırma yönümlü olmaq,
- 23-30 yaş aralğı,

Tələblərə uyğun şəxslər CV-lərini [email protected] elektron poçt ünvanına mövzu hissəsinə “Satış mütəxəssisi-dağıtım” yazaraq göndərə bilərlər.


Oxşar vakansiyalar

B2B satış mütəxəssisi

Bakı

“Başak” MMC

Əməkhaqqı

Ətraflı

Korporativ satış mütəxəssisi

Bakı

Kerama Trade

550-800 AZN

Ətraflı